6a7c8e75768a06a7c8e75768a117865478296a7c8e757689e6a7c8e757689f 1

İlin son Günəş tutulması baş verib. 

Globalinfo.az xəbər verir ki, Günəş tamamilə Ayın arxasında yox olub. 

dünyanın bir neçə yerində bu əsrarəngiz təbiət hadisəsini izləmək mümkün olub.

Qeyd edək ki, növbəti tam tutulma 30 mart 2033-cü ildə Çukotkanın şərqində baş verəcək. Başqa bir tutulma isə 20 aprel 2061-ci ildə baş verəcək və ölkənin Avropa hissəsində aydın şəkildə görünəcək.

***19:43

Bu ilin ikinci və son Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulmasıdır.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Globalinfo.az-a verilən xəbərə görə, Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

Maksimum faza isə saat 21:46-da baş verəcək.

Ümumilikdə təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.

Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Paylaş: