“Rusiya Prezidenti Vladimir Putin NATO-nun qətiyyətini və hərbi imkanlarını sınaqdan keçirməyi düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Rusiya lideri bununla Ukraynaya dəstəyin dayandırılmasını hədəfləyir.
Məlumata görə, mümkün ssenarilər sırasında NATO ölkələrinin infrastrukturlarına “təsadüfi” zərbə görüntüsü yaradan hücumların edilməsi, diversiyalar, nüvə şantajı və Baltikyanı ölkələrdə əməliyyatların keçirilməsi qeyd olunur.