sabah

Avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Globalinfo.az xəbər verir ki, hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oyun Azərbaycan çempionu “Sabah” ilə Danimarka çempionu “Orhus” komandaları arasında keçirilib və təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb

Paylaş: