xamenei 900x600 2

“İranın ali lideri Müctəba Xamenei təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmır”.

Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi “PBS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ qanunlara əməl etmədiyi üçün belə ehtiyat tədbirlərinə ehtiyac var.

Qeyd edək ki, Müctəba Xamenei martın əvvəlində atası Əli Xameneinin ölümündən sonra İranın yeni ali lideri seçilib. O, uzun müddət ictimaiyyət qarşısında görünməyib. Avqustun 9-da isə beş aydan sonra onun ilk görüntüləri yayımlanıb.

SEPAH rəsmisi həmçinin Xamenei ilə şəxsən görüşüb-görüşmədiyi barədə suala cavab verməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: