“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlamazdan əvvəl Almaniya kanslerinin aparatında Kiyevin mümkün qədər tez məğlub olmasını istyəyən yüksəkvəzifəli şəxs olub”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Free Press” portalına müsahibəsində bildirib.
Siyasətçinin sözlərinə görə, bir dəfə Almaniya kanslerinin aparatının yüksək vəzifəli nümayəndəsi ilə söhbət edib və həmin şəxs Ukrayna ilə bağlı bu mövqeyi ifadə edib.
“Bilirsiniz, əgər bu baş verəcəksə, bunun tez baş verməsi, ukraynalıların məğlub olması və bütün bunların başa çatması daha yaxşı olmazdımı?” – deyə alman məmur Consona bildirib.
Keçmiş baş nazir bu fikirlə razılaşmadığını da əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az