toyo

Yaponiyanın “Toyota” şirkətinin keçmiş rəhbəri Hiroşi Okuda 93 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Okuda 1995–2006-cı illərdə Toyota-ya rəhbərlik edib və şirkətin qlobal bazarlara çıxışının genişləndirilməsində mühüm rol oynayıb. O, həmçinin 1997-ci ildə təqdim olunan məşhur “Prius” hibridinin hazırlanmasını sürətləndirən əsas şəxslərdən biri olub.

Məlumata görə, dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: