Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri Türkiyə mətbuatında da geniş işıqlandırılıb.
Globalinfo.az xəbər verir ki, qardaş ölkənin nüfuzlu “Milliyet”, “Habertürk”, “Dünya gazetesi”, “Haberler”, “Yeni Akit”, “Haber7” və başqa nəşrləri Azərbaycan Prezidentinin Naxçıvana səfəri barədə xəbərlər yayımlayıb.
Yazılarda Prezident İlham Əliyevin xüsusilə Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına diqqət çəkilib.
Bundan başqa, Prezidentin regionun enerji təhlükəsizliyi ilə bağlı fikirləri də ön plana çıxarılıb.
Əliyar Xəlil
Globalinfo.az