ABŞ dövlət katibi Marko Rubio xaricə səfərləri zamanı ən böyük qorxusunun nə olduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, prezident müşaviri Keti Millerin həyat yoldaşının podkastında danışıb.
“Ən çox qorxduğum şey dünyanın o biri başında haradasa otel otağında tək qalmaq və bir tikə steyklə boğulmaqdır. Məni yalnız səhəri gün tapacaqlar. Deyəcəklər: “O, ölüb”. “Necə ölüb?” “Boğulub””, – Rubio deyib.
Dövlət katibi əlavə edib ki, belə bir hadisədən ehtiyat edir və ona görə də boğulma zamanı ilkin yardım üçün dörd xüsusi cihaz alıb.
Onun sözlərinə görə, bu cihazları keçmiş ABŞ mənzil və şəhərsalma naziri Ben Karsonun iştirakı ilə hazırlanmış reklamı gördükdən sonra əldə edib.
Əliyar Xəlil
Globalinfo.az