“Ermənistan Rusiya yanacağından asılılığını azaltmaq üçün alternativ təchizatçılarla danışıqlar aparır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Sərkis Xandanyan deyib.
“Söhbət İran və Azərbaycandan gedir. Rusiya hakimiyyəti Ermənistana tədarük edilən yanacağın qiymətlərini qaldırmaq qərarına gələrsə, bu ölkələr Ermənistana böhranın öhdəsindən gəlməyə kömək edə bilər. Bu sahədə şaxələndirmə çox vacibdir”, – Xandanyan bildirib.
Əliyar Xəlil
Globalinfo.az