Zaqatalada minik maşını TIR-la toqquşub.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün 12 radələrində Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq, aşıb.
Məlumata görə, “Chevrolet”də olan iki nəfər xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.