Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat yayıb.
Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.