AA 20260719 42014631 42014626 ISPANYA ARJANTIN

“İnter Mayami”nin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatından sonra klubdakı çıxışlarını qeyri-müəyyən müddətə dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Doble Amarilla” məlumat yayıb.

Bildirilib ki, Argentina millisinin kapitanı hazırda vətənində qalaraq ailəsinə dəstək olur. Onun ABŞ-a nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, atasının dəfni ilə əlaqədar Lionel Messi Liqa Kubokunda Meksikanın “Monterrey” klubuna qarşı keçirilən oyunda iştirak etməyib.

Messisiz meydana çıxan “İnter Mayami” doğma meydanda rəqibinə 1:2 hesabı ilə məğlub olub. Komandanın yeganə qolunu 32-ci dəqiqədə Rodrigo De Paul vurub. Argentinalı futbolçu qolu milli komandanın kapitanı Lionel Messiyə həsr edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: