1 31

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi “X” hesabında paylaşım edilib.

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycanİran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün M.Pezeşkian müharibə zamanı Azərbaycanın İrana kömək etdiyini deyib.

Paylaş: