“Ermənistan silahlı qüvvələrində faciəli hadisələr baş verir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Abramyan qeyd edib.
O bildirib ki, orduda ciddi problemlər var və tez-tez xoşagəlməz olaylar yaşanır:
“Bunun ətrafında 1-2 gün səs-küy və məyusluq yaşanır, sonra isə həlak olanların ailələri öz bədbəxtlikləri ilə baş-başa qalır, təqsirləndirilənlərin və onların ailələrinin həyatı cəhənnəmə çevrilir. Vəssalam!”
Abramyan vurğulayıb ki, orduda münasibətləri sağlam müstəviyə keçirməyin iki əsas amili düşüncə və ideoloji təsirdir:
“İnsanlar müxtəlif məişət, təhsil və tərbiyə vəziyyətində orduya gəlirlər. Əgər bütün bunlar nizamnamə, ideologiya və dəyərlər sistemi çərçivəsində formalaşdırılmasa, onda hazırda əldə etdiyimiz nəticə ilə qarşılaşacağıq.
Bu yol olmadan ümumiyyətlə ordu, onun döyüş qabiliyyəti və ya gələcəyi barədə müzakirə aparmağın heç bir mənası yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az