69b440966e93469b440966e935177342069469b440966e93269b440966e933 13 900x600 2

ABŞ administrasiyası İsrail Baş naziri Benyamin Netanyahunun İsrail qoşunlarını Qəzza zolağından çıxarmaqdan imtina etməsindən narahat deyil”.

Globalinfo.az xəbər verir ki, bunu “Axios” jurnalisti Barak Ravid deyib.

Onun sözlərinə görə, Ağ Ev Netanyahunun bu mövqeyini onun seçki kampaniyasının bir hissəsi kimi qiymətləndirir:

“İsrail ABŞ-ın tələblərini yerinə yetirməyə davam etdiyi, xüsusilə də Qəzzaya endirilən zərbələrin qarşısının alınması məsələsində Vaşinqtonun gözləntilərinə əməl etdiyi müddətdə, Ağ Ev bu yanaşmada problem görmür”.

Qeyd edək ki, Netanyahu daha əvvəl HƏMAS tamamilə tərksilah edilənədək İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Qəzzanı tərk etməyəcəyini açıqlayıb.

İsrailin baş naziri bununla ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi “Sülh Şurası”nın planını da rədd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: