
REKLAM BANNERİ
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla apardığı təmasların tamhüquqlu danışıqlar formatında olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bunu “Axios”a müsahibəsində qeyd edib. O bildirib ki, ABŞ hazırda İranı yaxından izləyir və ölkədəki ağır iqtisadi vəziyyəti nəzərə alır.
Onun sözlərinə görə, İranda inflyasiya yüksək səviyyədədir və ölkənin maliyyə imkanları ciddi şəkildə zəifləyib.
Əlaqəli xəbər
Sülh masası qurulur? – Ukrayna razıdır, lakin şərti var
ABŞ lideri Tehranla münasibətlərdəki diplomatik prosesi şahmat oyununa bənzədib və tərəflər arasında yalnız məhdud xarakterli danışıqların aparıldığını vurğulayıb.
Tramp həmçinin bildirib ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası İranın onsuz da çətin vəziyyətdə olan iqtisadiyyatına əlavə təzyiq göstərib.
Tahir Turan
Globalinfo.az