İran ABŞ-la mümkün hərbi qarşıdurma fonunda Vaşinqtona sərt mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, bu barəd “Tasnim” məlumat yayıb. İran Ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi bildirib ki, ABŞ hərbçilərinin ölkə ərazisinə daxil olması halında Tehran buna ciddi hərbi cavab verəcək.
Generalın sözlərinə görə, İran Silahlı Qüvvələri mümkün təhdidlərə qarşı tam hazırlıqlıdır. O, ABŞ hərbçilərinin İrana müdaxiləsi ilə bağlı sərt ifadələr işlədərək belə bir addımın cavabsız qalmayacağını vurğulayıb.
Əli Cahanşahi bu açıqlamaları ölkənin cənub-şərq bölgələrində və Məkran sahillərində hərbi bölmələrin döyüş hazırlığının yoxlanılması zamanı səsləndirib.
Komandan qeyd edib ki, sərhəd ərazilərində çevik reaksiya və xüsusi təyinatlı qüvvələrin fəaliyyəti təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.
O əlavə edib ki, İran ordusunun yüksək döyüş hazırlığı və əhalinin silahlı qüvvələrə dəstəyi ölkəyə qarşı mümkün hərbi ssenarilərin qarşısını almağa imkan verir.
Tahir Turan
Globalinfo.az