
Aparıcı Zümrüd Bədəlova doğum günü münasibətilə duyğulu paylaşım edib.
Globalinfo.az xəbər verir ki, qadın kimi heç vaxt xoşbəxt olmadığını deyən Zümrüd göz yaşlarını saxlaya bilməyib:
“Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım,çoxu gözləmədiyim qədər doğmama çevrildi. Yaşadığım hər günə görə şükürlər olsun. Təkliyimlə, hüzur dolu anlardan zövq alacaq yaşdayam. Bu il möcüzələrin yaşanacağı il olsun. Sağlıq, ruzi və əzizlərimlə birlikdə “qalan yarı hissəni” yaşamağın zamanıdır.