Argentina millisinin və “İnter Mayami”nin kapitanı Lionel Messi atasının dəfni üçün Rosariyoya qayıdıb.
Globalinfo.az xəbər verir ki, o, ailəsi birlikdə şəhərə gəlib.
Bildirilib ki, Xorxe Messinin dəfn mərasimində yalnız ailə üzvləri olacaq və qapalı şəkildə keçiriləcək.
Mərasimdə futbol dünyasından şəxslərin iştirakı gözlənilmir.
Bundan əvvəl Argentina Futbol Assosiasiyası Xorxe Messinin vəfatı ilə bağlı Messi ailəsinə başsağlığı verib.
Qeyd edək ki, 68 yaşlı Xorxe uzun sürən xəstəlikdən sonra avqustun 8-də Rosariodakı xəstəxanalardan birində vəfat edib.
O, uzun illər Lionel Messinin karyerasında mühüm rol oynayıb. Oğlunun meneceri kimi fəaliyyət göstərib və onun peşəkar karyerasının idarə olunmasında əsas şəxslərdən biri olub.
Əliyar Xəlil
Globalinfo.az