ss

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən “Saudi Aramco” şirkətinin neft emalı zavodunun obyektlərindən birində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

“Saudi Aramco”nun sənaye təhlükəsizliyi üzrə yanğınsöndürmə bölmələri avqustun 9-da səhər saatlarında şirkətin Cizan şəhərindəki neft emalı zavodunun obyektlərindən birində baş verən yanğını söndürüblər.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hazırda aidiyyəti qurumlar zəruri tədbirləri həyata keçirirlər”, – deyə bildirilib.

Nazirlik yanğının hansı səbəbdən baş verdiyini açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: