ABŞ-ın sabiq Prezidenti Co Baydenin səhhətinin pisləşdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, BBC-yə müsahibəsində Baydenin oğlu Hanter Bayden atasının prostat xərçəngindən əziyyət çəkdiyini və xəstəliyin irəlilədiyini deyib.
“Xərçəng yayılıb, sümüklərə və daha sonra digər nahiyələrə metastaz verib. Bu, çox ağrılıdır və onun vəziyyətini bir çox cəhətdən ciddi şəkildə pisləşdirir”, – Hanter Bayden bildirib.
Xatırladaq ki, Co Bayden 2025-ci ilin mayında özündə aqressiv prostat xərçəngi aşkarlandığını açıqlayıb. Bundan sonra o, beşhəftəlik şüa terapiyası kursu keçib. 2025-ci ilin sentyabrında isə dəri xərçəngi ilə bağlı əməliyyat keçirib.
ABŞ-ın keçmiş birinci xanımı Cill Bayden də iyun ayında “NBC News”a açıqlamasında xərçəngin sümüklərə yayıldığını bildirib. Onun sözlərinə görə, Co Bayden ömrünün sonuna qədər xəstəliklə mübarizə aparacaq.
Aysel Əliyeva
Globalinfo.az