abbas arakci

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin Silahlı Qüvvələrinin hərbi imkanlarını yüksək qiymətləndirib və İran ordusunun qarşıdurma şəraitində öz gücünü nümayiş etdirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında paylaşım edib.

“İranın qüdrətli Silahlı Qüvvələri dünyanın ən bahalı ordusu qarşısında öz hazırlığını, imkanlarını və gücünü nümayiş etdirdi”, – deyə nazir qeyd edib.

Əraqçı həmçinin müsəlman ölkələri arasında birlik və həmrəyliyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müsəlmanlar bir olduqları halda xarici qüvvələrdən gələn müxtəlif təhdidlərə cavab vermək imkanına malikdirlər.

“Yalnız özümüzə arxalanmaq və həqiqi qardaşlığı möhkəmləndirmək vaxtı çatıb”, – deyə İran XİN rəhbəri əlavə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: