rodri1

“Barselona” İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi üçün 60 milyon avro ödəməli olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

30 yaşlı futbolçunun vergilər çıxılmaqla ildə təxminən 30 milyon avro maaşla 4 illik müqavilə imzalaması gözlənilir.

Daha əvvəl Rodrinin Kataloniya klubu ilə maliyyə şərtləri ilə bağlı razılığa gəldiyi bildirilirdi.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”də oynayır. O, İngiltərə klubuna 70 milyon avro müqabilində “Atletiko Madrid”dən keçib. Rodrinin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

O, 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: