GQHeF7thkgv1eBcjegVlLsTtziKZPSwm6zYx7zgL 1200

Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub.

“Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır”, – deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü “Report”un yerli bürosuna günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər.

Paylaş: