umerov

ABŞ Rustem Umerovun Ukraynanın ölkədəki səfiri təyin olunmasına razılıq verməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram kanalında yazıb.

O bildirib ki, Umerovun namizədliyi ABŞ tərəfinə təqdim olunsa da, Dövlət Departamenti buna nəzakətli şəkildə imtina cavabı verib.

Bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

İyulun 21-də Ukraynanın “Strana.ua” nəşri Prezident Ofisindəki anonim mənbəyə istinadən Umerovun Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə əsas namizəd olduğunu yazmışdı. Lakin sonradan Prezident Volodimir Zelenski onu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: