ABŞ dövlət katibi Marko Rubio jurnalistin Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Milibandla Ukrayna məsələsini müzakirə edib-etməyəcəyi barədə sualına gülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “C-SPAN” məlumat yayıb.
“Bu necə sualdır? Ukraynanı müzakirə edəcəksinizmi? Əlbəttə müzakirə edəcəyik. Düşünürəm ki, qalaktikalararası məsələlərdən və bir çox başqa mövzulardan da danışacağıq”, – deyə Rubio zarafat edib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Rubio ilə Miliband arasında keçirilən görüşün yekunlarına dair bəyanat yaymışdı. Burada tərəflərin Avropanın öz təhlükəsizliyinin təmin edilməsində rolunun gücləndirilməsinin vacibliyini müzakirə etdikləri bildirilir.
Xatırladaq ki, avqustun 1-də Rubio ABŞ-nin yaxın vaxtlarda Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı danışıqların bərpasına cəhd etmək istədiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az