abs ukrayna 2025 hd

ABŞ Senatında VaşinqtonKiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin gücləndiyi bildirilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri “NatSec Daily” bülleteninə istinadən məlumat yayıb.

Virciniya ştatından demokrat senator Mark Uorner ABŞUkrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığın yaxşılaşdığını deyib.

“Detallara varmaq istəmirəm, amma vəziyyətin yaxşılaşdığını görürəm”, – deyə senator qeyd edib.

Respublikaçı senatorlar Con Kornin və Rocer Uiker də kəşfiyyat məlumatlarının mübadiləsinin intensivləşdiyini bildiriblər.

Demokrat senator Tim Keyn isə Ukraynaya son səfərləri zamanı bunu şəxsən hiss etdiyini vurğulayıb.

“2025-ci ilin aprelində Ukraynada olmuşdum, daha sonra 2026-cı ilin iyulunda yenidən səfər etdim. Hiss edirəm ki, qarşılıqlı ünsiyyətdə daha çox etimad yaranıb”, – deyə Keyn bildirib.

Xatırladaq ki, 2025-ci ilin sonunda ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmadığını açıqlamışdı. 2026-cı ilin aprelində isə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Amerika tərəfinin Ukrayna ordusuna kəşfiyyat məlumatları təqdim etməyə davam etdiyini demişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: