photo 2026 08 04 18 50 38 5

Son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində əks olunub.

Agentliyin məlumatına görə, bu barədə məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.

Bildirilib ki, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib.

“Eyni zamanda, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən olunub”, – məlumatda qeyd olunub.

TKTA xatırladıb ki, daha əvvəl – 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun gəlmədiyi üçün kvalifikasiyasının tanınmasından imtina edilib 12 nəfərin saxta tanınma şəhadətnamələri əldə etdiyi aşkarlanıb.

Paylaş: