17859328793074717958 1200x630

Qazaxıstanda telekommunikasiya sahəsində ən iri infrastruktur layihələrindən birinin – Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisi başa çatıb.

Globalinfo.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursunda məlumat yayılıb.

Sualtı kabelin Qazaxıstan sahilinə uğurla çatdırıldığı qeyd olunub. Bununla da “Qazaxtelekom” SC və “AzerTelecom International” şirkətinin həyata keçirdiyi layihənin ən mürəkkəb hissəsi tamamlanıb.

Aktau–Sumqayıt marşrutu Qazaxıstanın və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında məlumatların yüksək sürətlə birbaşa ötürülməsini təmin edən dəhlizə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.

Paylaş: