6a732c8f2b61a6a732c8f2b61b17859329436a732c8f2b6186a732c8f2b619

Azərbaycan Prezidentinin 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər.

Globalinfo.az xəbər verir ki, təqdimat mərasimlərindən əvvəl Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçıları Naxçıvan şəhərində, Ordubad və Culfa rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət ediblər.

Təqdimat mərasimlərində çıxış edən səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş məmnunluğu, sosial rifahın yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması dayanır. Vurğulanıb ki, vətəndaş müraciətlərinə həssas yanaşılmalı, onlar operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməli, dövlət qulluqçuları əhali ilə münasibətdə yüksək etik davranış nümunəsi göstərməlidirlər.

Ceyhun Cəlilov korrupsiyaya qarşı mübarizə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, torpaq, su və mineral ehtiyatlardan, eləcə də dövlət əmlakından səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması, sahibkarlığın inkişafı və bu sahədə şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Qeyd olunub ki, qarşıda duran əsas vəzifələr Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də içməli və təsərrüfat suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində dövlət başçısının müvafiq tapşırıqları istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsidir. Bildirilib ki, bu proqramların uğurla həyata keçirilməsi muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin rifahının daha da yüksəldilməsinə və regionların dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Səlahiyyətli nümayəndə Naxçıvan şəhəri, Ordubad və Culfa rayonlarının yeni icra hakimiyyəti başçılarını göstərilən yüksək etimada görə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və Azərbaycan Respublikası Prezidentinin muxtar respublikanın inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

6a732c9b359486a732c9b3594917859329556a732c9b359466a732c9b35947 6a732c99e9d126a732c99e9d1317859329536a732c99e9d106a732c99e9d11 6a732c991331f6a732c991332017859329536a732c991331d6a732c991331e 6a732c97797846a732c977978517859329516a732c97797826a732c9779783 6a732c96681096a732c966810a17859329506a732c96681076a732c9668108 6a732c94c9aaf6a732c94c9ab017859329486a732c94c9aad6a732c94c9aae 6a732c93e17f46a732c93e17f517859329476a732c93e17f26a732c93e17f3 6a732c92056256a732c920562617859329466a732c92056236a732c9205624 341265 1

Paylaş: