Tailandın cənubunda yerləşən Narathivat əyalətinin Sunqay Qolok şəhərində futbol matçı zamanı meydançaya ildırım düşüb.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə “Pattani” və “Yala” klubları arasında Santifap stadionunda keçirilən Golok Kubokunun yarımfinal matçında baş verib. Nəticədə bir futbolçu ölüb, 12 nəfər yaralanıb.
Ölən 24 yaşlı tailandlı futbolçu “Yala” klubunun üzvü Sofvan Avae olub. Yaralananlar arasında isə 22 yaşlı malayziyalı futbolçu da var.
Yaralılar müalicə üçün Sunqay Qolok xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.