“Norveç Futbol Federasiyasının prezidenti Lise Klavenessi FİFA-nın yeni rəhbəri ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu FIFA-nın sabiq prezidenti Yozef Blatter deyib.
“Lise Klaveness hər zaman prinsipial mövqe sərgiləyib və heç vaxt axına qoşulmayıb. Artıq FIFA-ya qadının rəhbərlik etməsinin və təşkilata liderlik etməsinin vaxtıdır”, – deyə o bildirib.
Qeyd edək ki, 45 yaşlı Klaveness futbolçu karyerası ərzində 1997–2011-ci illərdə çıxış edib. O, Norveç milli komandasında 73 oyun keçirib.
Canni İnfantino isə 2016-cı ildən FIFA-nın prezidentidir.