hormuz 900x600 3

İran Hörmüz boğazında beynəlxalq gəmiçiliyin tam bərpası üçün bir sıra şərtlər irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, Tehran gəmilərin boğazdan keçidinə görə rüsum toplamaq hüququnun tanınmasını istəyir. Bildirilir ki, həmin rüsumların Omanla bölüşdürülməsi də mümkün variantlardan biri kimi nəzərdən keçirilir.

Bundan əlavə, İran ABŞ-dən ölkəyə qarşı yeni hərbi zərbələrin endirilməyəcəyinə dair təhlükəsizlik zəmanəti, dəniz blokadasının dayandırılması və neft sektoruna tətbiq edilən sanksiyaların ləğvini də əsas şərtlər sırasında irəli sürüb.

WSJ yazır ki, yüksək vəzifəli regional rəsmilərin sözlərinə görə, ABŞ və bölgə ölkələri İranın gəmi keçidlərinə görə rüsum toplamaq tələbi ilə razılaşmayıb. Əvəzində onlar Tehrandan və ona bağlı silahlı qruplaşmalardan region ölkələrinin ərazilərinə qarşı heç bir təhdid olmayacağına dair təminat istəyiblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: