IMG 4284


ABŞ-da 1978-ci ildə Kaliforniyada üzüm bağında aşkarlanan və uzun illər kimliyi məlum olmayan 15 yaşlı qızın şəxsiyyəti müasir DNT texnologiyalarının köməyi ilə müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, qızın meyiti 1978-ci ilin iyununda “South Wheeler Ridge Road” yaxınlığında dayaz məzarda tapılmışdı.

İstintaq zamanı cəsəddə zorakılıq əlamətləri aşkar olunsa da, barmaq izləri və diş qeydləri vasitəsilə onun kimliyini müəyyən etmək mümkün olmamışdı. Nəticədə qız həmin ilin payızında naməlum şəxs kimi dəfn edilmişdi.

Cinayət işi 2007-ci ildə yenidən araşdırılmağa başlanılıb. Qalıqlardan DNT nümunələri götürülsə də, o dövrdə mövcud məlumat bazaları nəticə verməyib.

Yalnız son illərdə genealoji DNT analizləri və qohumluq əlaqələrinin araşdırılması sayəsində müstəntiqlər qızın şəxsiyyətini müəyyən edə biliblər. Hazırda hüquq-mühafizə orqanları onun ölümünün bütün hallarını araşdırmaqda davam edir.

Tahir Turan

Globalinfo.az

Paylaş: