pualar 98

Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı beş nəfər ölüb, daha altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri bölgəyə yönələn PUA-ları zərərsizləşdirməyə çalışıb.

Qubernator bildirib ki, hücumun ən ağır nəticələri Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novosyolki sənaye zonasında pilotsuz aparatın düşməsi nəticəsində bir neçə yanğın baş verib.

Vorobyov “Max” platformasında paylaşdığı açıqlamada bildirib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində beş nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: