Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp ölkənin aparıcı neft şirkətlərinin yüksək gəlirlər əldə etdiyini bildirərək onları tənqid edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu fikirləri Ağ evdə jurnalistlərə açıqlaması zamanı səsləndirib.

O, İranla bağlı gərginliyin aradan qalxacağı təqdirdə beynəlxalq bazarlarda neftin qiymətinin əhəmiyyətli dərəcədə enəcəyini proqnozlaşdırıb.

Prezidentin sözlərinə görə, iri enerji şirkətləri mövcud vəziyyətdən böyük maliyyə qazancı əldə ediblər:

“Chelvron çox böyük gəlir götürüb. ExxonMobil də eyni şəkildə həddindən artıq qazanc əldə edib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: