Avropa İttifaqı (Aİ) gələcəkdə Ukraynanın “anti-Avropa kursuna” yönəlməsinin qarşısını almaq məqsədilə Kiyevlə birliyə üzvlüklə bağlı danışıqlara başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.
“Ukraynalıların məyusluğunun və ölkənin “anti-Avropa dönüşü”nün qarşısını almaq üçün Brüssel iyun ayında bir növ “şirinlik” kimi Kiyevlə Aİ-yə üzvlük üzrə ilkin danışıqların başlanmasını təklif edib”, – deyə bildirilib.
Qurumun iddiasına görə, liderlər Brüsseldə keçirilən qapalı müzakirələrdə Ukraynanın yaxın perspektivdə Avropa İttifaqına üzv olmasını qəti şəkildə real hesab etmirlər:
“Onlar hesab edirlər ki, bu, “vahid Avropa” üçün ciddi iqtisadi və siyasi risklər yarada bilər. Aİ-nin Ukraynanın üzvlüklə bağlı yüksək gözləntilərini qarşılamaq üçün kifayət qədər resursu yoxdur”.
Xatırladaq ki, fevralın sonunda Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından ölkəsinin 2027-ci ilədək birliyə qəbul olunması ilə bağlı dəqiq tarix müəyyənləşdirilməsini tələb etmişdi.
Əliyar Xəlil
Globalinfo.az