bagca 1

Avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Paylaş: