17855023083778134012 1200x630

Mərakeşin insan hüquqları təşkilatı İspaniyanın Seuta muxtar şəhərində miqrantlara qarşı zorakılıq hallarının araşdırılmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, təşkilat həmçinin Seutada baş verən miqrant böhranı zamanı itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün təcili tədbirlər görülməli olduğunu bildirib.

İtkin düşən şəxslərin sayının çox olduğu, onların ailələrinin yaxınları barədə məlumat gözlədiyi qeyd olunub. Təşkilat, həmçinin çoxsaylı ölüm halları, şəxsiyyəti müəyyən edilməmiş şəxslərin müəyyənləşdirilməsində çətinliklər və bəzi miqrantlara qarşı zorakılıq iddialarına diqqət çəkib.

Paylaş: