esedddd 900x600 1

Bəşər Əsəd hakimiyyətinin bitməsi yalnız Suriyanın deyil, bütün Yaxın Şərq regionunun maraqlarına uyğun addım olub”.

Globalinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əl-Şaraa “Al Jazeera”yə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, Əsəd hakimiyyətinin törətdiyi çoxsaylı cinayətlər onun süqutunu qaçılmaz etmişdi:

“Əvvəlki rejimin hakimiyyətdən uzaqlaşdırılması həm Suriyanın, həm də bütövlükdə regionun sabitliyi baxımından vacib idi.

Bütün təcrübələrimdən faydalanaraq, Bəşər Əsədi devirmək üçün işləri təşkil etməyə başladım.

Bu proses zamanı xaricdən dəstək alınmayıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: