tatlises

Türkiyəli müğənni İbrahim Tatlısəsin Bodrumdakı bağ evində xoş gün yaşanıb.

Globalinfo.az xəbər verir ki, sənətçinin mənəvi qızı Didem Carusu iş adamı Orkan Çömlekçi ilə ailə qurmağa ilk addımı atıb.

Cütlüyün qız istəmə mərasimi Tatlısəsin Bitezdə yerləşən evində ailə üzvlərinin iştirakı ilə sadə və səmimi atmosferdə keçirilib.

Mərasim zamanı İbrahim Tatlısəs ənənəyə uyğun olaraq mənəvi qızına “beşi bir yerdə” qızıl hədiyyə edib.

Qeyd edək ki, Didem Carus və Orkan Çömlekçinin toyunun sentyabr ayında keçirilməsi planlaşdırılır.

Paylaş: