1707154621.yangin mese

Türkiyədə iyulun 29-dan bəri baş verən 314 yanğının hamısı nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Nazirin sözlərinə görə, qeydə alınan yanğınların 192-si meşədənkənar ərazilərdə baş verib.

Hava və quru texnikası, eləcə də meşə təsərrüfatı əməkdaşlarının fasiləsiz fəaliyyəti nəticəsində bütün yanğınlar nəzarət altına alınıb.

İbrahim Yumaklı bildirib ki, bəzi bölgələrdə güclü külək alovla mübarizəni çətinləşdirsə də, yanğın təhlükəsi hələ də davam edir.

O, aidiyyəti qurumların yüksək hazırlıq rejimində fəaliyyətini davam etdirəcəyini vurğulayıb və vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Paylaş: