eser

Məşhur bəstəkar Volfqanq Amidey Mozartın dünyaca məşhur “Türk Marşı” (Rondo alla Turca) əsərinin adı və yaranma tarixi hər zaman maraq doğuran mövzulardan olub.

Globalinfo.az xəbər verir ki, bu barədə bloqer Vüsal Yusifli bəzi məqamlara diqqət çəkib.

Qeyd edək ki, bəziləri Mozartın bu əsəri sadəcə türklərin şərəfinə yazdığını düşünür, amma məsələ daha dərindir.

Belə ki, həmin dövrdə Avropada yeniçerlərin musiqisi çox populyar idi. Zərb alətləri, nağara və zillərin ritmik səsləri avropalı bəstəkarların, o cümlədən Mozartın çox diqqətini çəkmişdi.

O, bu mehter musiqisindən təsirlənərək özünün 11-ci piano sonatasının 3-cü hissəsini məhz bu üslubda bəstələyir və adını “Rondo alla Turca”, yəni “Türk stilində rondo” qoyur. Bu əsər sonradan elə məşhurlaşır ki, hamı bunu sadəcə “Türk Marşı” kimi tanımağa başlayır”.

Vüsal Yusifli  isə sözügedən bəstəni ifa edərək detallarla izah edib.

Həmin videonu təqdim edirik:

View this post on Instagram

 

 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: