1770984514 43ff5b1e 8f79 4f7d 8df0 f26df039a6af

Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə keçirdikləri tədbirlərlə Kür çayında elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ondan qanunsuz balıqovlama alətləri, elektrik batareyaları, cərəyan artıran qurğu və qanunsuz yolla ovlanmış balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: