hRbTiEwtIT2vjV1BMfZpF2VLtXVM3h0P0pa84j3g 1200

İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının siyasi iradəsi və dəstəyinin Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm layihələrə bənzər layihələrin elektrik enerjisi sahəsində də reallaşmasında həlledici rol oynadığı vurğulanıb.

Globalinfo.az-a danışan deputat, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, bu görüş Azərbaycan və Türkiyə arasında yaşıl enerji mübadiləsi baxımından vacib tədbirdir:

“Bütövlükdə türk dünyasında əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Prezidentin Qırğızıstana səfərində də müzakirə edilən əsas məsələ məhz enerji əməkdaşlığı ilə bağlı idi. Yəni məsələ təkcə Türkiyə deyil, bütövlükdə türk dünyasında yaşıl enerji əməkdaşlığının formalaşmasıdır. Bu, əsas hədəflərdən biri olmaqla yanaşı, həmin istiqamətdə real addımlar da atılır.

vuqar bayramov 1 900x506 1
Vüqar Bayramov

Azərbaycan və Türkiyə arasında bu istiqamətdə əməkdaşlığın formalaşması və yaxın gələcəkdə yaşıl enerji ixracının həyata keçirilməsi türk dünyasında infrastrukturun qurulması və bütövlükdə bu sahədə ciddi əməkdaşlığın formalaşması üçün baza rolunu oynayacaq.

Biz hazırda təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, Mərkəzi Asiya ölkələri ilə də razılığın əldə edildiyini müşahidə edirik. Mərkəzi Asiya və Azərbaycanın yaşıl enerjisinin Türkiyə və Qara dəniz üzərindən Avropaya nəqli müzakirə olunur. Azərbaycan bu prosesdə xüsusi paya sahib olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: