Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
“Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək”, – deyə Dado qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.