“Hörmüz boğazı İran və Omanın ərazi sularında yerləşir və buna görə də Vaşinqton onun istifadəsi ilə bağlı məsələlərə müdaxilə etməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın ali liderinin baş hərbi müşaviri Möhsün Rzayi deyib.
Rzayi bildirib ki, Hörmüz boğazının ABŞ-la heç bir əlaqəsi yoxdur:
“Bütün dünya oradan istifadə edir, ABŞ-ın müdaxiləsinə imkan verməyəcəyik. Bu boğaz iki dəniz və ya okean arasında adi bir su yolu deyil, Fars körfəzinə giriş olduğu üçün xüsusi əhəmiyyət kəsb edir”.
Əliyar Xəlil
Globalinfo.az