6a6d8562813eb6a6d8562813ec17855624666a6d8562813e96a6d8562813ea

İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının siyasi iradəsi və dəstəyinin Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm layihələrə bənzər layihələrin elektrik enerjisi sahəsində də reallaşmasında həlledici rol oynadığı vurğulanıb.

Azərbaycan (Naxçıvan)-Türkiyə enerji interkonnektoru üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələri nəzərdən keçirilib. Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 QVt həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Azərbaycan və Türkiyədən olan investorların layihədə iştirakı perspektivləri dəyərləndirilib.

Həmçinin “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi” üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma, Birgə Müəssisənin yaradılması kimi məsələlər müzakirə edilib. Layihənin icrasının sürətləndirilməsi razılaşdırılıb.

Bundan başqa, “Xəzər – Qara Dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin səmərəli olması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib və layihə üzrə Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Söhbət zamanı Türkiyənin COP31-ə ev sahibliyi, “AzərbaycanTürkiyə Enerji Forumu”nun növbəti iclası çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

6a6d85632f4686a6d85632f46917855624676a6d85632f4666a6d85632f467 6a6d8562d70b06a6d8562d70b117855624666a6d8562d70ae6a6d8562d70af 6a6d85622e6216a6d85622e62217855624666a6d85622e61f6a6d85622e620

Paylaş: