miqrant

İspaniyanın Seuta şəhərindən Mərakeşə qayıdan miqrantların axını sürətlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiosu Mülki Qvardiyadakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Taraxal (Tarajal) sərhəd-keçid məntəqəsinin açılmasından sonra geri qayıdan miqrantların hərəkət sürəti dəqiqədə 250 nəfərə çatıb.

İyulun 30-da yayılan xəbərlərdə deyilirdi ki, Afrikanın şimalında yerləşən İspaniyanın muxtar şəhəri Seutaya 20 minə yaxın miqrant daxil ola bilər. Qeyd olunurdu ki, Mərakeşin təhlükəsizlik qüvvələri onların qarşısını almayıb. Təkcə son bir həftə ərzində 1 500 nəfər üzərək Seutaya çatıb, digərləri isə Mərakeşdən piyada şəhərə daxil olublar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: