“ABŞ və Ukrayna, böyük ehtimalla, münaqişənin dayandırılması ilə bağlı razılaşmanın ilkin şərtlərini müzakirə edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko “Radio NV”yə müsahibəsində səsləndirib.
Pristaykonun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ankoricdə əldə olunduğu deyilən təkliflər Ukrayna tərəfindən qəbul edilməyib.
Bu barədə daha əvvəl ABŞ dövlət katibi Marko Rubio da açıqlama verərək bildirmişdi ki, həmin yanaşma Kiyev üçün məqbul olmayıb.
Keçmiş nazir qeyd edib ki, Vaşinqton üçün Kiyev daha kiçik tərəfdaş olsa da, ABŞ Ukraynanın mövqeyinə hörmətlə yanaşır və onu nəzərə alır:
“Hazırda ABŞ və Ukrayna atəşkəs razılaşmasının “başlanğıc mövqelərini” müəyyənləşdirir. Bu təkliflərin sonradan Rusiya tərəfinə təqdim olunacağı ehtimal edilir”.
Əliyar Xəlil
Globalinfo.az